Bakıda evə gələn məmurlara ATƏŞ AÇDILAR - SƏBƏB

23-09-2020, 12:46           
Bakıda evə gələn məmurlara
Bakı sakini xuliqanlıq zəminində oldu silahdan istifadə edib.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk edib. Bu barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru