Bakıda öldürülən şəxs İldırımzadənin qaynı deyilmiş... - RƏSMİ AÇIQLAMA

25-09-2020, 00:06           
Bakıda öldürülən şəxs İldırımzadənin qaynı deyilmiş... - RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq Nərimanov rayonunda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumdan KONKRET.az-a daxil olan məlumatda bildirilir ki, öldürülən şəxsin Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

“Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur”.

Qeyd edək ki, öldürülən şəxsin Y.İldırımzadənin qaynı olması ilə bağlı xəbəri APA yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru