Ehtiyacı olanlara hədiyyə edilən oyuncaqları satışa çıxardılar

25-09-2020, 10:58           
Ehtiyacı olanlara hədiyyə edilən oyuncaqları satışa çıxardılar
Rusiyanın Çelyabinsk vilayətində monastıra hədiyyə edilən oyuncaqlar satışa çıxarılıb.

İz.ru xəbər verir ki, yerli sakin bir ay əvvəl on iki yaşlı qızının oyuncaqlarını ehtiyacı olan uşaqlara verilməsi üçün monastıra bağışlayıb.

Kukla kolleksiyası yığan qadın elan saytına daxil olduqda ora yerləşdirilən 13 kuklanın 9-nun monastıra bağışladığı kuklalar olduğunu görüb.

Satıcı bu kuklaların ona satılmaq uçun verildiyini, başqa heç nə bilmədiyini deyib. Sonradan elan ləğv edilib, monastırda araşdırma başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.