Ağstafada evə basqın olub, yaşlı qadın boğularaq qətlə yetirilib

27-09-2020, 09:27           
Ağstafada evə basqın olub, yaşlı qadın boğularaq qətlə yetirilib
Ağstafada evi qarət edən şəxs və ya şəxslər qətl törədiblər.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Müseyib Ələkbərov küçəsində - Çaxır Zavodunun yaxınlığında qeydə alınıb.

Gecə saatlarında sözügedən küçədə yaşlı qadın Tatyana Məmmədovanın evinə basqın olub. Evə girən şəxs və şəxslər ev sahibini döyüblər, daha sonra boğaraq öldürüblər.

Qadının 43 yaşlı qızı Yelizaveta Məmmədovanı da döyərək, çoxsaylı xəsarət yetiriblər. Basqın zamanı Tatyana Məmmədovanın bir aylıq nəvəsi də evdə olub, naməlum şəxslər ona xətər yetirməyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hadisəni törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru