2 yaşlı qız anasının çılpaq fotolarını hər kəsə göndərdi -FOTO
16-10-2020, 21:15
Hadisə ABŞ-ın Ohayo ştatında yaşanıb.
Belə ki, 4 uşaq anası Emili Smit adlı qadın vanna otağında tamamilə çılpaq bir şəkildə paltarları yumağa başlayıb. Bu zaman ona maneə olmasın deyə telefonunu 2 yaşlı qızına verib.
Telefonla oynamağa başlayan 2 yaşlı qız anasının çılpaq fotolarını çəkərək telefonun kontaktında olan 15 nəfərə göndərib. 30 yaşlı gənc qadın iş yoldaşlarından gələn "çılpaq fotoların üçün təşəkkür edirəm" mesajını alınca həyatının şokunu yaşayıb.
Moderator.az xəbər verir ki, Emili qızının göndərdiyi çılpaq fotolara görə tələbə və iş yoldaşlarına hadisənin necə baş verdiyini izah edərək üzr istəyib.