Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı - Yeniləndi

7-01-2021, 09:09           
Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı - Yeniləndi
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Vaşinqton polisinin rəhbəri bildirib.

02:08
Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalının hadisə yerində olan əməkdaşı bildirib.

Məlumata görə, onlardan biri ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı sinəsindən ağır xəsarət alan qadın da xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru