Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi

13-01-2021, 16:03           
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Baş prokurorun əmri ilə, Ramal Nizaməddin oğlu Quliyev prokurorluq orqanların müstəntiq təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ramal Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı vəzifəsindən azad olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru