İldırım vuran adam həmin anı telefona çəkdi - VİDEO

16-01-2021, 08:35           
İldırım vuran adam həmin anı telefona çəkdi - VİDEO
Braziliyalı Xose Omar de Oliveyranı ildırım vurub və o bu anı videoya çəkib.

Bu barədə “Zvezda” xəbər yayıb.

Məlumata görə, braziliyalı kişi bostanda işləyərkən yağış başlayıb. O, işlərinə fasilə vermək qərarına gəlib. Bu müddətdə ətrafdakı gözəl mənzərəni də telefonun yaddaşına köçürmək istəyib.

Kadrlarda kişinin şövqlə “Bu, İlahi təbiətdir. Əsrarəngiz səmaya bir baxın”, - dediyi eşidilir.

Lakin təbiət videoya öz “imzasını” qoymaq qərarına gəlir: Oliveyranı ildırım vurur.

Həmin an – ildırımın vurması, kişinin qışqıraraq yerə yıxılması kadrlarda qeydə alınıb.

Lakin xoşbəxtlikdən hadisə nəticəsində braziliyalı xəsarət almayıb.

De Oliveyra özü də başına gələnləri “İlahi qurtuluş” adlandıraraq, ölüm vaxtının hələ gəlmədiyi üçün şükr etdiyini deyib.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.