Sülhməramlıların avtomobili partladıldı - ÖLƏN və YARALANANLAR VAR

16-01-2021, 09:36           
Sülhməramlıların avtomobili partladıldı -
Malinin şimali-şərqində hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bir sülhməramlısı həlak olub, daha biri yaralanıb.

KONKRET.az NTV-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSMA) saytında bildirilib.

MINUSMA-nın məlumatına görə, missiyanın maddi-texniki təminat karvanındakı yanacaq çəni aparan avtomobilə qarşı partlayıcı qurğu ilə hücum həyata keçirilib.

“Partlayış nəticəsində iki sülhməramlı ağır yaralanıb. Onlardan biri, təəssüf ki, tibbi evakuasiya zamanı aldığı yaralardan dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunur. Daha sonra partlayışın baş verdiyi yerin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru