Hindistanda partlayış zamanı azı 8 nəfər həlak olub

22-01-2021, 08:10           
Hindistanda partlayış zamanı azı 8 nəfər həlak olub
Hindistanın cənub-qərbindəki Karnataka ştatında yük maşınının partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “The Times of India” qəzeti bildirib.

Qeyd edilir ki, hadisə yük maşınının yük yerinə yerləşdirilən daş karxanasında partlayıcı işlər üçün materiallardan baş verə bilər. İlkin informasiyaya görə, partlayış zamanı maşın hərəkətsiz olub, amma işçilər yaxınlıqda idilər. Hadisə nəticəsində yaxınlıqdakı binalara zərər dəyib, şüşələr sındırılıb.

Nəşr zərərçəkənlər haqqında məlumatları və digər təfərrüatları açıqlamayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru