ABŞ-da atışma olub, ölənlər var

25-01-2021, 05:10           
ABŞ-da atışma olub, ölənlər var
ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində yaşayış binasında baş verən atışma zamanı azı 5 nəfər həlak olub.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Yerli polis bölməsinin məlumatına görə, atışma ilə bağlı çağırışla hadisə yerinə gələn asayiş keşikçiləri yaralı yeniyetməni aşkarlayıblar. Sonradan polis əməkdaşları qonşu evdə də atışmanın olması barədə məlumat alıblar. Orada isə beş nəfərin meyiti aşkarlanıb.

Hüquq-mühafizə orqanları bildirib ki, söhbət məqsədyönlü qətldən gedir.

Hadisənin təhqiqatına polislə yanaşı, Federal Təhqiqat Bürosu da cəlb olunub. Polis əməkdaşları cinayəti törədən şəxsi saxlamağa müvəffəq olmayıblar. Onlar həmçinin cinayətkarın tək olması barədə də dəqiq mülahizə yürüdə bilmirlər. Şəhərin meri Co Xosqet hadisəni kütləvi qətl adlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.