Məhkəmə qərar verdi: Paşinyan ondan üzr istəyəcək...

26-01-2021, 19:32           
Məhkəmə qərar verdi: Paşinyan ondan üzr istəyəcək...
İrəvan ümumi yurisdiksiya məhkəməsi keçmiş maliyyə naziri Gagik Xaçatryan ailəsinin Ermənistan Baş naziri Nikol Paşinyan və onun mətbuat katibi Mane Gevorqyana qarşı qaldırdığı mülki iddia barədə qərarı açıqlayıb.

KONKRET.az xəbər verir ki, qərara əsasən, Nikol Paşinyan şərəf və ləyaqətini təhqir etdiyi üçün keçmiş maliyyə naziri Gagik Xaçatryanın ailəsindən üzr istəməli, həmçinin böhtan xarakterli məlumatları təkzib etməlidir.

“5 gün ərzində Gevrokyanın Feysbuk səhifəsində Nikol Paşinyanın adından üzrxahlıq yayılmalı və Gagik Xaçatryanın və oğullarının korrupsiyalaşmış mafiya sistemi tərəfindən idarə olunması barədə iddialar təkzib olunmalıdır”, – qərarda qeyd olunub.

Qeyd edək ki, 2020-ci ilin aprelində Mane Gevorqyan Feysbuk səhifəsində Gagik Xaçatryanın və oğullarının korrupsiyalaşmış bir mafiya sistemi tərəfindən idarə olunması barədə yazı paylaşmışdı.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.