Mərkəzi Bank və Vergi Xidməti VÖEN kartına - MƏHDUDİYYƏT QOYUB – BANKDAN AÇIQLAMA

27-02-2021, 11:05           
Mərkəzi Bank və Vergi Xidməti VÖEN kartına -
Azərbaycanda VÖEN-lə fəaliyyət göstərən fiziki şəxs sahibkarların bank hesablarına bağlı olan kartları ilə bəzi əməliyyatlara məhdudiyyət qoyulub.

Bu barədə FED.az-a belə məşdudiyyətlə üzləşən sahibkarlar məlumat verib. «Rabitəbank»da VÖEN hesabı olan sahibkar bu hesabına bağlı olan kartlə aylıq kredit ödənişini etmək istəsə də bank bu ödənişi etməkdən imtina edib.

Bankdan müştəriyə bildirilib ki, bu məhdudiyyət Mərkəzi Bank və Vergi Xidmətinin tələbi ilə mövcuddur.

«Bəs kartdakı vəsaitlə kreditimi necə ödəyə bilərəm?» sualına bankdan bildirilib ki, sahibkar həmin vəsaiti bankomatdan nağd çıxarmalı və krediti də nağd şəkildə ödəməlidir. Qeyd edək ki, bu variantda kart sahibi ödənişin 1,5%-i həcmində vəsait itirir. Bunun 1%-i nağdlaşdırma vergisi, 0,5% isə yenə də nağdlaşdırma müqabilində bank xidmətinin haqqıdır. Hər iki məbləğ banka çatır.

«Rabitabank»dan bildirilib ki, sözügedən məhdudiyyət Mərkəzi Bank və Vergi Xidməti tərəfindən tətbiq edilib, amma bunun səbəbi açıqlanmayıb. Qeyd edək ki, VÖEN hesabına bağlı olan kuartla bağlı məhdudiyyət təkcə bu deyil. Həmin kartla kartdan karta köçürmə etmək də mümkün deyil.

Vergi Xidməti belə məhdudiyyətin tətbiq edildiyini etiraf etmir. Sahibkarın 195-sorğu xidmətimnə sorğusuna cavab olaraq bildirilib ki, qanunvericilikdə belə məhdudiyyət nəzərdə tutulmur və müştəri bu məsələ ilə bağlı bankın özündən izahat almalıdır.

Həftəsonu Mərkəzi Bank fəaliyyət göstərmədiyindən FED.az bu məsələ ilə bağlı qurumun mövqeyini növbəti günlər ərzində təqdim edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.