Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

28-02-2021, 09:41           
Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
Abşeron rayonunda gənc oğlan intihar edib.

Teref.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində baş verib.

Belə ki, 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asıb. İntiharın dəqiq səbəbi məlum deyil.

Bununla belə, M.Məmmədhəsənovun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, bu gün isə qızın başqası ilə nişanlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.