Ben Ladenin oğlu rəssam oldu

2-03-2021, 16:08           
Ben Ladenin oğlu rəssam oldu
Əl Qaidə terror təşkilatının lideri Üsamə ben Ladenin 39 yaşlı oğlu Ömər rəssamlıqla məşğul olmağa başlayıb.

Xeber.ge saytı xəbər verir ki, bunu Ömər “Vice” jurnalına müsahibəsində deyib. O, bu şəkildə özünün uşaqlıq travmaları ilə mübarizə apardığını bildirib.

Ben Ladenin oğlu deyib ki, vestern filmlərlə maraqlanır və aktyor Klint İstvudun filmlərini çox sevir.

Ömər ben Laden atası ilə heç vaxt yaxın olmadığını, 18 yaşında terrorçu olmamaq üçün Əl Qaidəni tərk etdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru