Bakı-Sumqayıt yolunda qəza: yük maşını aşdı - Foto

11-03-2021, 23:37           
Bakı-Sumqayıt yolunda qəza:
Bakı-Sumqayıt avtomobil yolunda yol qəzası baş verib.
Teref.az Report-a istinadən xəbər verir ki, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu - red.) qeydə alınıb.

Belə ki, Sumqayıt istiqamətində hərəkətdə olan MAZ markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb.

Nəticədə məişət tullantıları daşıyan yük maşını beton arakəsməyə çırpılaraq aşıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.