ABŞ-da atışma zamanı biri polis olmaqla 6 nəfər öldürülüb

23-03-2021, 07:46           
ABŞ-da atışma zamanı biri polis olmaqla 6 nəfər öldürülüb
ABŞ-ın Kolorado ştatının Boulder şəhərində atışma olub. Hadisə nəticəsində altı nəfər öldürülüb. Onlardan biri polis əməkdaşıdır.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Yerli polisin “Twitter” səhifəsində yer alan məlumatda bildirilir ki, hadisə supermarketdə baş verib. Polis sakinləri hadisə yerinə yaxınlaşmamağa çağırıb.

İnsidentin digət təfərrüatları barədə məlumat verilməsə də, yerli KİV hadisəni törədən şəxsin saxlanıldığını bildirir. “ABC” telekanalının məlumatına görə, polis əməkdaşları supermarketdən əli-qolu qandallı bir nəfəri çıxararaq tibbi işçilərinə təhvil veriblər. Onun yaralandığı deyilir.

Ancaq silahlı insidentin həqiqətən də həmin şəxs tərəfindən törədildiyi hələlik təsdiqlənməyib.

Atışmanın olduğu ərazidə polis əməkdaşları araşdırmalar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru