SON DƏQİQƏ! Ermənistan üçün acınacaqlı xəbər rəsmən açıqlandı: Aprel ayında...

28-03-2021, 20:52           
SON DƏQİQƏ! Ermənistan üçün acınacaqlı xəbər rəsmən açıqlandı: Aprel ayında...
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib.

Teref.az Oxu24.com-a istinadən bildirir ki, bu barədə “RİA Novosti” agentliyi xəbər yayıb.

“Bəli, yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim getməyim deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm".

Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru