Milyarder helikopter qəzasında öldü

29-03-2021, 14:37           
Milyarder helikopter qəzasında öldü
Çexiyanın ən varlı adamı Petr Kelner Alyaska ştatındakı Byutt şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində ölənlər arasında olub.

Sabah.az xəbər verir ki, bu barədə “Reuters” onun rəhbərlik etdiyi PPF şirkətinə istinad edərək məlumat verib.

Qəza nəticəsində azı beş nəfərin öldüyü bildirilib.

"Forbes"in dəyərləndirməsinə görə, 56 yaşlı Petr Kelner 17,5 milyard dollar sərvətə sahibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.