İbtidai sinif müəlliməsi ərini döyərək öldürdü!

30-03-2021, 21:03           
İbtidai sinif müəlliməsi ərini döyərək öldürdü!

İbtidai sinif müəlliməsi yanacaqdoldurma məntəqələrindən birində işləyən ərini döyərək öldürüb.

Azərforum bu barədə rus mətbuatına istinadən xəbər verir.

Hadisə iki gün bundan əvvəl Rusiyanın paytaxtı Moskvada Kolomna yaxınlığında baş verib.

Maraqlıdır, qadını belə dəhşətli bir cinayətə sövq edən nədir, hələ bilinmir.

Federal xəbər agentliyi qadının ölçüyəgəlməz əməli sayəsində kişinin, bütün qabırğalarının qırıldığını, böyrək və qaraciyərinin parçalandığını bildirib.

Qeyd edək ki, həmkarları 53 yaşlı ibtidai sinif müəlliməsini ideal bir müəllim kimi xarakterizə ediblər.

Xatırladaq ki, bir müddət bundan əvvəl federal xəbər agentliyi Altayda başqa bir ibtidai sinif müəlliməsinin 10 yaşlı bir məktəbli qızın saçlarından tutub yazı lövhəsinə vurduğu barədə xəbər yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru