“Curiosity” roveri Marsdan selfi göndərdi - FOTO

1-04-2021, 08:12           
“Curiosity” roveri Marsdan selfi göndərdi - FOTO
“Curiosity” rover Marsda “Mon-Merka” təpəsinin ətəyində NASA-nın Mars Elmi Laboratoriyasının komandasına yeni şəkillər göndərib. Şəkillərin birində roverin Mars panoraması fonunda görüntüsü əks olunub.

Bu barədə məlumat ABŞ Federal Departamentinin saytında yayımlanıb.

Alınan fotoşəkillər mütəxəssislərə planetin coğrafiyasını və qayalarını öyrənməyə kömək edəcək.

Bildirilir ki, panorama roverin manipulyatorunda yerləşən “MAHLI” kamerasından 60 fotodan və roverin üstündə təchiz olunmuş “Mastcam” kamerasından çəkilən 11 şəkildən ibarətdir.

Alimlər araşdırmanın planetin öyrənilməsində, o cümlədən Marsın səhra planetinə çevrilməsinin səbəblərini araşdırmağa kömək edəcəyi ümidindədirlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru