Səhlənkarlığına görə lotoreyada udduğu 28,5 milyon dollarını itirdi - FOTO

2-04-2021, 10:20           
Səhlənkarlığına görə lotoreyada udduğu 28,5 milyon dollarını itirdi - FOTO
Braziliyada Yeni ildə oynanılan “Mega da Virada” lotoreyasının qalibi mükafatını götürmək üçün “Caixa Economica Federal” bankın ofisinə gəlmədiyi üçün 28,5 milyon dollarını (48,4 milyon manat) itirib.

Bu bərədə “Globo TV” xəbər verir.

Bildirilir ki, mükafatı götürmək müddəti aprelin 1-i bitirdi.

Bu məbləğ lotoreya tarixində ən böyük “unudulmuş” mükafat sayılır.


Qalibin San-Paulodan olduğu məlumdur. Ancaq müsabiqənin qaydalarına görə, qalib mükafat üçün müraciət etmirsə, vəsait Ali Təhsilin Maliyyələşdirilməsi Fonduna göndərilir.

Qeyd edək ki, Yeni il çəkilişinin cekpotu - 57 milyon dollar (96 900 000 manat) - çəkiliş tarixinin ən böyük uduşu olub. Mükafat iki iştirakçı arasında bölünüb. Arakaju şəhərindən olan digər qalib mükafatını vaxtında götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru