Ermənistanın vəzifəli şəxsinin qardaşı Qarabağda “Artsaxbank” rəhbərinin evini bombaladı...

7-04-2021, 11:31           
Ermənistanın vəzifəli şəxsinin qardaşı Qarabağda “Artsaxbank” rəhbərinin evini bombaladı...
Xəbər verildiyi kimi, dünən Azərbaycanın Xocavənd rayon mərkəzində sülənən erməni sakinlərdən biri digərinin evinə əl qumbarası atıb.

Moderator.az xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, hadisənin təfərrüatları bəlli olub.

“Ermənistan Təhlükəsizlik Şurasının katibinin müşavirinin qardaşı “Artsaxbank” rəhbərinin evinə əl qumbarası atıb”.

“Mediaport”-un yaydığı xəbərdə belə deyilir.
“Dünən Qarabağda qəribə bir hadisə baş verib. Martunidəki "Artsaxbank" rəhbərinin evinə əl qumbarası atılıb. Sonra məlum oldu ki, əl bombasını atan Narek Qəhrəmanyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müşaviri olan Sevak Qəhrəmanyanın doğma qardaşıdır” – erməni nəşri daha sonra yazır.

P.S. Deməli, düşmənlərimiz bir-birinin canına daraşıb. Yəqin, tezliklə Xankəndindəki “Artsaxbank”ın yerində “Qarabağbank” olacaq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru