Ermənilər Kəlbəcərdəki qızıl mədəninə gələn yolu bağladı... - VİDEO

17-04-2021, 10:33           
Ermənilər Kəlbəcərdəki qızıl mədəninə gələn yolu bağladı... - VİDEO
Kəlbəcərdəki Söyüdlü(Zod) qızıl mədəninin Ermənistan tərəfdə qalan hissəsində işləyən erməni fəhlələr mədənə aparan yolu bağlayıblar.

Moderator.az xəbər verir ki, bu haqda qəsbkar ölkə mediası məlumat yayıb.

Xəbərdə deyilir ki, 10 Noyabr razılaşması imzalandıqdan sonra mədənin böyük hissəsi Azərbaycana verilib. Bundan sonra işçilər 4 ay maaş almayıblar. Fəhlələrin xeylisi də ixtisar edilib.

“Geqarkunik mərzindəki onlarla yaşayış məntəqəsinin mədəndə işləyən sakinləri gündəlik çörəkpulu problemini həll edə bilmədikləri üçün Ermənistanı tərk etməyə hazırlaşırlar. Piketçilər rəhbərliklə görüş tələb edirlər”- xəbərdə belə deyilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru