Azərbaycanda bank yarmış “Hollivud üçlüyü” ABŞ-da həbs edildi

24-04-2021, 18:05           
Azərbaycanda bank yarmış “Hollivud üçlüyü” ABŞ-da həbs edildi
ABŞ-da müxtəlif ölkələrin banklarından 30 milyon dollarlıq oğurluq etmiş 3 şəxsə qarşı ittiham irəli sürülüb.

Yenisabah.az “Daily Mail”ə istinadla xəbər verir ki, bədəməllər “Hollivud üslubun”nda yüksək texnoloji avadanlıqlardan istifadə etməklə, həm də “çirkli pul” yuma ittihamı ilə həbs olunublar.

Prokurorlar 56 yaşlı Val Kuper, 52 yaşlı Aleks Levin ve 49 yaşlı Qarri Smitin 4 il ərzində yeddi ölkədə 20-dən çox bankı hədəf aldığını və daha sonra “qazancı” ABŞ-a gətirdiyini iddia edirlər.

Federal ittiham aktına görə, üçlük özünü qanuni müştəri kimi təqdim edib və “müəyyən ərazilərdə video müşahidə kameraları da daxil olmaqla, müəyyən təhlükəsizlik xüsusiyyətləri olmayan xarici banklarda” seyflər kirayələyiblər. Prokurorlar başqa müştərilərə məxsus bank seyflərinin fotoşəkil çəkmək üçün oğruların modern tibbi avadanlıqlarından istifadə etdiyini bildirib. İddialara görə, bu fotoşəkillər dublikat açar düzəltməyə və başqalarının seyflərini açmağa imkan verib.

Qrup valyuta, qızıl külçələr, zinət əşyaları və digər qiymətli əşyaları talan edib və ABŞ-dakı bank hesablarına yatırıb.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.