Kanadada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

27-04-2021, 07:23           
Kanadada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb
Kanadanın Nunavut (Arktika) bölgəsində “Aerospatial 350B-2” markalı helikopter qəzaya uğrayıb.

APA CBC telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər – 2 ekipaj üzvü və 1 bioloq ölüb.

Hadisə Qriffin adası ərazisində baş verib. Helikopterin Yelloynayf şəhərinin aviaşirkətinə məxsus olduğu bildirilir.

Qeyd edilib ki, əvvəlcə helikopterlə əlaqə kəsilib. Sonradan xilasetmə qüvvələri helikopterin qalıqlarını tapıb.

Həlak olanların adları açıqlanmayıb. Qəzanın səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru