Ucar rayonunun Qazyan kənd sakini özünün qeyri-adi bacarığı ilə diqqət çəkir.
teref.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, 60 yaşlı İqbal Bağırov şəxsi avtomobilində müxtəlif dəyişiklər edib. 1982-ci ildən istifadə etdiyi "VAZ-21011" markalı avtomobilinin konstruksiyasında və mühərrikində etdiyi dəyişikliklər nəticəsində avtomobilin yanacaq sərfiyyatını 2 dəfə azaldıb.
Əvvəllər saatda 100 km məsafəni qət etmək üçün 7 litr yanacaq sərf olunurdusa, indi bu göstərici 3 litr yarım təşkil edir.
"Fasiləsiz işə qoymuşam bunu. Bunun su vuran qurğusu var, hava vuran qurğusu var, kranı var, "svarka"sı var, laqondası var, direli var" - deyə Ucar sakini İqbal Bağırov bildirib.
Orta məktəbi əla qiymətlərlə bitirən İqbal Bağırov küləkli havada, elektrik enerjisi istehsal edən akkumlyatorla işləyən cihaz da hazırlayıb. O, ilk dəyişikliyi atasının avtomobilində edib. Ucar sakini güclü təziqlə su vuran motor da hazırlayıb.
Onun indi ərsəyə gətirmək istədiyi avadanlıqla isə qış aylarında mənzili 25 dərəcəyədək isitmək, yay aylarında isə 25 dərəcəyə qədər sərinlətmək mümkün olacaq.