Azərbaycanda 40 min manata gəmi satılır, alan yoxdur…

27-05-2021, 15:08           
Azərbaycanda 40 min manata gəmi satılır, alan yoxdur…
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 29 iyun tarixində keçirəcək.
Yeniavaz.com Komitədədən açıqlanan məlumatlara istinadən bildirir ki, budəfəki hərracda 1986-ci il istehsalı olan gəmi satışa çıxarılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsus olan "Nauçnıy” gəmisinin ilkin start qiyməti 40 000 manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər 4000 manat beh ödəməlidirlər.
Gəmidən başqa budəfəki hərracda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə məxsus “Elsevər Hüseynov” köməkçi kateri də satılacaq. 1986-cı il istehsalı olan katerin qiyməti 10 000 manat olacaq.
Qeyd edək ki, "Nauçnıy” gəmisi və “Elsevər Hüseynov” köməkçi kateri daha əvvəl – 13 aprel tarixində də hərraca çıxarılıb. Belə görünür ki, ilk hərracda adları qeyd olunan gəmi və kateri heç kim satın almayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.