BNA-dan avtobus qəzası xəbərləri ilə bağlı AÇIQLAMA

28-05-2021, 10:35           
BNA-dan avtobus qəzası xəbərləri ilə bağlı AÇIQLAMA
Bakı Nəqliyyat Agentliyi dünən KİV-də yayılan “Bakıda avtobus qəzası-Ölən var” başlıqlı yazı ilə bağlı açıqlama yayıb.

Agentlikdən KONKRET.az-a verilən məlumata görə, həmin hadisə bir il əvvəl baş verib:

“Məlum hadisə bir il əvvəl 23.07.2020-ci il tarixində baş verib. Bu kimi xəbərlərin insanlar arasında həyəcana səbəb olduğunu nəzərə alaraq bir daha mediadan olan həmkarlarımızı dəqiqləşdirilməmiş informasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Şəhər nəqliyyatı ilə bağlı əhalinin düzgün məlumatlandırılması və maarifləndirilməsi üçün əldə olunan hər bir informasiyanın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsini tövsiyə edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru