Əllərini sükandan çəkib tum çırtlaya-çırtlaya maşın sürdü - VİDEO

29-05-2021, 00:08           
Əllərini sükandan çəkib tum çırtlaya-çırtlaya maşın sürdü - VİDEO
Sükan arxasında təhlükəli hərəkətlər edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, 99-NG-598 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü yolda yüksək sürətlə hərəkətdə olan zaman əllərini sükandan çəkərək günəbaxan tumu çırtlayıb. Digər görüntüdə yenə də əllərini sükandan çəkən sürücü həm rəqs edib, həm də bir əlində telefonu tutaraq özünü kameraya çəkib.

Sükan arxasında bu cür hərəkətlər yolverilməzdir. Baş verən əksər yol nəqliyyat hadisələrinin səbəbi sürücülərin sükan arxasında fikirlərinin yayınmasıdır. Çox təəssüf ki, insanlar bunu anlamağa çalışmırlar. Nəticədə isə sürücünün etdiyi əyləncəli səhv faciə ilə bitir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru