Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib

29-05-2021, 06:08           
Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib
Mayın 28-də İstanbul (Bosfor) Boğazında xam neft daşıyan tankerdə baş verən qəza ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayanıb.

APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla xəbərinə görə, Xorvatiya bayrağı altında üzən “Rava” adlı 249 metr uzunluqda olan tankerdə yaranan nasazlıq nəticəsində sürətə nəzarət itib.

“Qurtarma-8 Römorkör” və Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinə məxsus sürətli qurtarma qayığı hadisə yerinə yönəldilib. Tanker sahildən 300 metrədək məsafədə dayandırılıb.

Tanker ərazidən uzaqlaşdırıldıqdan sonra gəmilərin fəaliyyəti yerli vaxtla 22.00-da bərpa olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru