Xankəndidə separatçı qüvvələrə zabit hazırlayan yeganə hərbi məktəb BAĞLANDI - 20 il idi fəaliyyət göstərirdi

31-05-2021, 18:30           
Xankəndidə separatçı qüvvələrə zabit hazırlayan yeganə hərbi məktəb BAĞLANDI
Azərbaycan Ordusunun 44 günlük müharibədə inamlı qələbəsindən sonra Qarabağda yerləşdirilmiş işğalçı ordu tamamilə darmadağın edildi.

Modern.az xəbər verir ki, Xankəndidə yerləşən və separatçı qüvvələr üçün zabit hazırlayan yeganə hərbi təmayüllü lisey bağlanıb.

Xristofor İvanyanın adını daşıyan hərbi məktəb Rusiyadakı Suvorov adına hərbi məktəblərin analoqu idi. Hərbçi olmaq istəyən yeniyetmələr bu liseydə 11-ci sinfə qədər oxuduqdan sonra Ermənistan və Rusiyanın ali hərbi məktəblərinə daxil olurdu.

2020-ci ilin sentybarında liseydə 78 nəfər təhsil alırdı. Xristofor İvanyan adına lisey 2001-ci ilfdə yaradılıb. Lisey uzun illər Qarabağdakı separatçı rejimin qanunsuz hərbi birləşmələri üçün zabit heyəti formalaşdırmaq üçün əsas mərkəz rolunu oynayıb.

Sülhməramlıların nəzarət etdiyi ərazidə yeganə hərbi təmayüllü təhsil müəssisəsinin bağlanması bölgədə qanunsuz hərbi birləşmələrin sayının kəskin azaldılması və yaxın gələcəkdə ləğvinə hazırlıq prosesindən xəbər verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru