Cənubi Koreyada bina avtobus dayanacağının üzərinə uçub: 9 nəfər ölüb - FOTO 10-06-2021, 07:46 Cənubi Koreyada söküntü işləri zamanı qəza baş verib.“Yonhap” agentliyinin məlumatına əsasən, işlərin aparıldığı bina gözlənilmədən qarşıdakı avtobus dayanacağının üzərinə uçub.Qəza nəticəsində həmin anda dayanacaqda olan avtobusun içərisində və yaxınlığında olan 9 nəfər halak olub.Ondan çox şəxsin isə yaralanaraq xəstəxanaya çatdırıldığı bildirilib.Ölənlərin sayında artımın olması istisna edilmir.Hazırda hadisənin səbəbləri araşdırılır.oxu Facebook-da paylaş