Azərbaycanda məhkəmə sədri vəfat etdi

10-06-2021, 13:37           
Azərbaycanda məhkəmə sədri vəfat etdi
Azərbaycanda məhkəmə sədri vəfat edib.

Pravda.az-ın xəbərinə görə, Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

O, Biləsuvar rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. M.Nuriyev 2020-ci ildən Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru