Alimpaşa Məmmədovdan sonra da Şəmkirdə HƏBSLƏR GEDİR - Daha bir vəzifəli şəxs yaxalandı
11-06-2021, 13:57
Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.
Axar.az xəbər verir ki, o öz vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinir.
Dia.az xatırladır ki, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov da qanunsuz əməlləri səbəbindən həbs olunub.
***
Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb. DİA.AZ-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, artıq sözügedən məmura cinayət işi açılıb.
İlkin məlumata əsasən Vazeh Vəliyev öz vəzifə səlahiyyətlərini aşmaqda, tabeliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.
Hadisə bir neçə ay bundan öncə baş verib və Vazeh Vəliyevin işi məhkəməyə çıxarılıb. Qərara əsasən V.Vəliyev dünən saxlanılıb.