ABŞ-da atışma: 1 ölü, 9 yaralı

13-06-2021, 00:25           
ABŞ-da atışma: 1 ölü, 9 yaralı
ABŞ-ın Çikaqo şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Teref.az xəbər verir ki, bu barədə “ABC 7” telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma şəhərin cənub hissəsində saat 02:00 radələrində (Bakı vaxtı ilə saat 11:00) başlayıb. Bildirilir ki, iki şübhəli şəxs səkidə dayanan bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıblar.

Güllə yarası alanlardan biri, 29 yaşlı qadın Çikaqo Universitetinin Tibb Mərkəzində həyatını itirib. Digər yaralananların vəziyyəti isə qənaətbəxşdir.

Polis şübhəlilərin saxlanılması istiqamətində araşdırma aparır. /apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru