Hacı Məhərrəmin kürəkəni həbs edildi

14-06-2021, 12:46           
Hacı Məhərrəmin kürəkəni həbs edildi
Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reportyor.info-ya bildirilib ki, hadisə zamanı “Range Rover” markalı avtomobilin sahibi və sürücüsü Elşad Kərbalayev həbs edilib.

Qeyd edilib ki, qəzan zamanı E.Kərbalayev sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, iyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi “Range Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru