“Payıma o qədər də pul düşməyib” — 15-ə yaxın evə girən oğru

2-03-2016, 00:31           

Şəkidə və Goranboyda evlərə qənim kəsilən 2 nəfərdən ibarət dəstə ifşa olunub.

Ölkə.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, onlardan birini Goranboy polisi saxlasa da digərini hələ ki məsuliyyətə cəlb etmək mümkün olmayıb.

Fevralın 19-da Goranboy rayonunu Rəhimli kənd sakini Rəddin Məmmədov polisə ərizə ilə müraciət edərək yaşadığı evindən 2500 manat dəyərində qızıl zinyət əşyalarının, 40 manat və 45 dollar nəğd pulun oğurlanması barədə məlumat verib. Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvü Şəki şəhər sakini 21 yaşlı Elnur Səmədov saxlanılaraq istintaqa təhvil verilib. Oğurluq hadisəsini törədən dəstənin digər üzvü Goranboy rayon sakini 24 yaşlı Rasim Hüseynov isə polisdən qaçıb. Hazırda onun axtarışları aparılır. Polisin araşdırması zamanı məlum olub ki, onlar Şəkidə və Goranboyda 15-ə yaxın evdən oğurluq ediblər.

Əldə etdikləri qızıl zinyət əşyalarını Bakı şəhərində sataraq öz aralarında bölən dəstə üzvləri pulu kef məclislərinə xərcləyiblər.

Elnur Səmədov törətdiyi cinayət haqda bunlsrı deyib:

“Oğurluqdan payıma o qədərdə pul düşməyib - təxminən 800 manat. Girdiyimiz yerlərdə çoxda dəyərli şeylər olmayıb. Tutduğum əməldən də çox peşmanam. Bu vəziyyət kimin xoşuna gələr ki?!”.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.