Koronavirusa qarşı iksir hazırlayan məşhur şaman eyni virusdan öldü

25-09-2021, 08:39           
Koronavirusa qarşı iksir hazırlayan məşhur şaman eyni virusdan öldü
Şri-Lankada insanları koronavirusdan qoruyan bir iksir icad etdiyini iddia edən məşhur şaman eyni virus səbəbindən ölüb.

Ölkədə idman ulduzlardan tutmuş siyasətçilərə qədər bir çox insanı müalicə etdiyini iddia edən Eliyanza Vayt adlı hindu iksiri yuxuda gördüyünü demişdi.

O, hazırladığı qarışığın çaylara tökülməsinin Şri-Lanka və qonşu Hindistandakı pandemiyaya son qoya biləcəyini bildirmişdi.

Bir müddət öncə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən 48 yaşlı Vayt iki həftə reanimasiyada qaldıqdan sonra həyatını itirib.

Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru