ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla xəsarət alan var VİDEO

26-09-2021, 10:10           
ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla xəsarət alan var  VİDEO
ABŞ-ın Montana ştatının Liberti dairəsində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə CBS telekanalı dairənin şefinə və qatarın aid oduğu “Amtrak” dəmiryol şirkətinə istinadən məlumat yatıb. Hüquq-mühafizə orqanlarının nümayəndəsi də qəza zamanı 3 nəfərin həlak olması barədə informasiyanı təsdiqləyib.

Qeyd edilir ki, “Empire Builder” qatarı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 02:00-da) relsdən çıxıb. Hadisə zamanı qatarda 147 sərnişin və briqadanın 13 üzvü olub.

“The New York Times” qəzeti isə qəza zamanı azı 50 nəfərin xəsarət aldığını xəbər verib.

Qatar Sietldən (Vaşinqton ştatı-red) Çikaqo (İllinoys ştatı) istiqamətində hərəkət edirmiş.

Hələlik hadisənin başvermə səbəbi barədə məlumat yoxdur. Qəza ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Milli Şurası tərəfindən araşdırma aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.