İraqda terrorçuların təhlükəsizlik qüvvələrinə qəfil hücumu nəticəsində 7 hərbçi həlak olub

27-09-2021, 17:08           
İraqda terrorçuların təhlükəsizlik qüvvələrinə qəfil hücumu nəticəsində 7 hərbçi həlak olub
İraqın Diyala vilayətində terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində 7 hərbçi həlak olub.

AZƏRTAC İraqın “Saberin news” kanalına istinadla xəbər verir ki, radikal islamçı qruplaşmaların bəzi nümayəndələri müxtəlif bölgələrdə gizlənərək hərbi hissələrə və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil ediblər. Hücumların almaq məqsədilə İraq ordusu ilə birlikdə təhlükəsizlik qüvvələri Kərkük, Səlah-əd-Din, Əl-Anbar, Mosul, Diyala, Əl-Tarmiyə və başqa bölgələrdə əməliyyatlar keçiriblər.

Diyala bölgəsində keçirilən əməliyyat zamanı terrorçular təhlükəsizlik qüvvələrinə gözlənilmədən hücum ediblər. Hücum nəticəsində 7 əsgər həlak olub, 4-ü isə yaralanıb. Buna baxmayaraq, əməliyyat başa çatdırılıb və terrorçular məhv edilib.

İraq hökuməti bildirib ki, bölgələrdə anti-terror əməliyyatları sonuncu terrorçu zərərsizləşdirilənədək davam etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru