Yunanıstanda zəlzələ olub, ölən var

28-09-2021, 07:49           
Yunanıstanda zəlzələ olub, ölən var
Yunanıstanın Krit adasında 5,8 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, bu barədə Afina Milli rəsədxanasının Geodinamika institutundan bildirilib.

Zəlzələ nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Yeraltı təkanların episentri Kritin paytaxtı Heraklion şəhərindən təxminən 25 km cənubda, ocağı 10 km dərinlikdə yerləşib. Qeyd edilir ki, birinci zəlzələdən qısa müddət sonra 4,3 bal maqnitudasında ikincisi qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.