Metroda qatarların intervalı 2 dəqiqəyə endirildi

29-09-2021, 12:38           
Metroda qatarların intervalı 2 dəqiqəyə endirildi
Təhsil müəssisələrində tədrisin tam bərpa olunması ilə əlaqədar Bakı metropoliteni səhər saatlarında qatarların hərəkət qrafikində intervalı 2 dəqiqəyə endirib.

Axar.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, səhər saatlarından etibarən "Həzi Aslanov" - "28 may" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib:

"Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Çünki, son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir. Bu gündən etibarən təhsil müəssisələrində tədrisin tam bərpa edilməsi də sərnişin sayında dəyişiklik olacağı proqnozu verir. Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb. Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb. Əgər stansiyalarda hər hansısa sıxlıq yaranmaq ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru