49 naməlum şəhid qəbri ekshumasiya edildi

29-09-2021, 12:32           
49 naməlum şəhid qəbri ekshumasiya edildi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Şəhidlər Xiyabanında olan 49 naməlum qəbrlərdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.

Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülüb və ekspertizaya aparılıb.

Qeyd edək ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib. Naməlum şəhid qəbrlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru