Cəbrayılda 4 erməni hərbçinin qalıqları tapıldı 29-09-2021, 20:08 İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 4 erməni hərbçinin qalıqları aşkarlanıb. Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb. Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1677 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb. Facebook-da paylaş