Fransada təyyarə qəzası olub, ölənlər var

1-10-2021, 08:10           
Fransada təyyarə qəzası olub, ölənlər var
Fransada təyyarə qəzası baş verib.

“Report”un xəbərinə görə, bu barədə “Dauphine Libere” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqindəki Drom departamentində qeydə alınıb. Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Hadisə yerinə asayiş keşikçiləri və yanğınsöndürənlər gəlib.

"Biz hələ bilmirik ki, təyyarə uçurdumu və ya Drom aerodromda yerə enirdi", - Drom prefekturasından yerli qəzetə bildiriblər.

Hadisənin təfərrüatları araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru