Timsahla rastlaşan keçmiş zabitin soyuqqanlı davranışı rəğbətlə qarşılandı - VİDEO

1-10-2021, 08:16           
Timsahla rastlaşan keçmiş zabitin soyuqqanlı davranışı rəğbətlə qarşılandı - VİDEO
ABŞ-ın Florida ştatında təqaüddə olan zabit timsahı ram edərək onu zibil qutusunun içinə salıb.

Abdul Malik adlı keçmiş hərbçi videonu öz “Instagram” hesabında paylaşıb.

“Mənim övladlarım var və onları qorumalıyam”- Abdul Malik videoya şərh olaraq qeyd edib.

Video sosial şəbəkə istifadəçiləri arasında böyük maraqla izlənilib.

Şərh yazan şəxslərin əksəriyyəti etiraf edib ki, oxşar situasiyada bu qədər soyuqqanlı hərəkət edə bilməzdilər.

Mənbə: upi.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru