Saakaşvilinin anası Ukraynadan Gürcüstana gəlib

2-10-2021, 08:41           
Saakaşvilinin anası Ukraynadan Gürcüstana gəlib
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya cümə günü axşam saatlarında Ukraynanın paytaxtı Kiyevdən Tbilisiyə gəlib.

Bu barədə “Report” Gürcüstan mətbuatına istinadən xəbər verir.

Qiuli Alasaniya hava limanında jurnalistlərə bildirib ki, oğlunun həbsi onun üçün gözlənilməz olub.

"Oğlumla sonuncu dəfə bir neçə gün əvvəl danışdım və əmin idim ki, o, Ukraynadadır. Onun həbsi mənim üçün tamamilə gözlənilməz oldu və təyyarə ilə Tbilisiyə uçmağa qərar verdim", - Alasaniya deyib.

Qadının sözlərinə görə, o, oğlunun planları haqqında heç nə bilməyib.

Keçmiş prezident Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru