Ermənistana casusluq edən Zəkiyev Aydının həbs olunduğu an - FOTO

3-10-2021, 07:17           
Ermənistana casusluq edən Zəkiyev Aydının həbs olunduğu an - FOTO
Ermənistana işləyən, Zəkiyev Aydının həbs olunduğu anın fotosu yayılıb.

Bizim.Media xəbər verir ki, dövlətə xəyanət edən şəxs bu gün həbs olunub.

Qeyd edək ki, əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 51 yaşlı Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyənləşib.

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru