On bir yaşlı uşağın faciəli sonu: Beynini yedilər - VİDEO

3-10-2021, 08:31           
On bir yaşlı uşağın faciəli sonu:
ABŞ-ın Texas ştatında bir azyaşlının amöbün səbəb olduğu ölümcül beyin infeksiyasından vəfat etdiyi açıqlanıb.

Adı və yaşı açıqlanmayan oğlan sentyabrın 5-də Texas ştatının Fort Uert şəhərindəki xəstəxanaya yerləşdirilib və orada beyinə ona öldürücü infeksiya olan amyöbik meninqoensefalit (PAM) diaqnozu qoyulub.

Oğlan "beyin yeyən amöb" adlandırılan neqleriya fouler adlı mikroorqanizmin törətdiyi xəstəlik səbəbindən ayın 11-də ölüb.

Mütəxəssislər sözügedən canlının əsasən göllər, çaylar və qaynayan bulaqlar kimi isti şirin sularda tapıldığını deyirlər. Uşağın amöblərin hücumuna məruz qalmasının ehtimal edilən səbəbinin Arlinqtondakı bir parkdakı bulaq olduğu bildirilib./Teleqraf.com













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru